Mətanət ikinci ərindən də ayrıldı, efirdə ağladı9-12-2015, 13:07
Çap et Teleaparıcı birinci həyat yoldaşından dostcasına ayrıldığını qeyd edib: "Çox erkən ailə qurmuşam. Oqtayı 19 yaşımda dünyaya gətirmişəm. Qızların erkən evlənməsini məsləhət görmürəm. Oqtayın atası və nənəsi ilə əlaqəsi var. Mən keçmiş həyat yoldaşımla elə görüşüb-öpüşürəm ki, hamı barışdığımızı başa düşür. Dostcasına ayrıldıq. Arada Oqtay var. Onlara getmişəm, keçmiş qaynanamın mənə göstərmədiyi qayğını indi görürəm. Deyirəm ki, bunu vaxtında edərdin də... Uşaqlarımı min kişidən üstün tuturam". Mətanət Əliverdiyeva ilk dəfə ikinci ailə həyatının dağılması barədə açıqlama verib: "İkinci dəfə ailə həyatı qurdum. Amma həyatdır da... Belə şeyləri nümayiş etməyi sevmirəm. Sevgi öləndə mənim üçün həyat ölür. Mən bu cür insanam. Həyatı güclü sevgidə görürəm. Xeyr, uşaq ailəni bağlamır. İki uşağım var, Allah hamının balasını saxlasın. Bir müddət əvvəl ikinci evliliyim də sona çatdı. Məni heç kim anlamadı". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
