Demo Sayt » tehsil » TQDK-dan xəbərdarlıq: 1 gün qaldı


TQDK-dan xəbərdarlıq: 1 gün qaldı

10-08-2015, 13:54
Çap et
TQDK-dan xəbərdarlıq: 1 gün qaldı Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.
ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 10-u saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 43 min 87 abituriyent elektron ərizəsini təsdiqləyib.
Onlardan 34 min 749 nəfəri ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə, 8 min 338 nəfəri V ixtisas qrupu üzrə qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Reytinq: