Məktəblilər arasında kütləvi dava - xəsarət alanlar var
5-06-2017, 18:33. Разместил: heqiqet
Report-a istinadən xəbər veririr ki, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib.
Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.
Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin veridyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin, V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib.
Məktəblilər arasında düşən davanın səbəbi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад