Məktəblilər arasında kütləvi dava - xəsarət alanlar var5-06-2017, 18:33
Çap et Report-a istinadən xəbər veririr ki, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib. Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir. Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin veridyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin, V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib. Məktəblilər arasında düşən davanın səbəbi isə hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
