Azərbaycanda dərsliklərin monitorinqi qaydaları dəyişdirilib
20-02-2017, 14:04. Разместил: heqiqet
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.
Qeyd edək ki, indiyə qədər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.
Вернуться назад