Azərbaycanda dərsliklərin monitorinqi qaydaları dəyişdirilib20-02-2017, 14:04
Çap et Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək. DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək. Qeyd edək ki, indiyə qədər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
