Mətanət Ulu Şirvanlının yeni kitabı - "İT KƏLLƏSİ"2-09-2016, 15:18
Çap et Oxuculara lirik, bədii-fəlsəfi şeirləri ilə yaxşı tanış olan şairə bu kitabda özünün yeni bir yaradıcılıq ampulasını tədqim edir. Roman, povest və hekayələrdən ibarət olan "İt kəlləsi" adlı kitabı yazıçı M.U.Şirvanlının geniş və dərin müşahidə qabiliyyətinə malik istedadından xəbər verir. Kitabda verilən "İt kəlləsi" romanında təsvir olunan hadisələr ucqar dağ kəndində baş verən gözlənilməz hadisələrdir. Əsərin qayəsi insanlar arasında sülh, barış və əminəmanlıq ideyalarının aşılanmasıdır. Kitabdakı povest və hekayələr müəllifin real həyat müşahidə-lərinə əsaslanır. Genlş oxucu kütləsi üçün nəzərdə tutulan kitab müəllifin oxucularla onuncu görüşüdür. Mətanət Ulu Şirvanlı Şamaxu şəhərində anadan olub. Ali təhsJlli ekoloqdur. Azərbaycan Yazıçılar Birliyinln üzvü, "Qızıl Qələm" Media Mükafatı laureatıdır. Təhsil Nazirliyi Respublika Ekolojj Tərbiyə və Təcrübəçilik Mərkəzində şöbə müdüri vəzifəsındə çalışır. "Ulu Şirvan" qəzetinin təsisçisi və baş redaktorudur. "Gəlmişdim deyim ki" (2007), "Sarı çiçək" (2007), "Gecə gözəl, sən gözəl" (2008), "Bir gecənin nağılı" (2008), "Sevgi çə-ləngimiz heç toxunmadı" (2007), "Azəri yurdunun övladları" (2012), "Ağ ayaqqabı" (2015), "Merinin nağıllar dünyası" (2016), "Salam, Qoca" (2016) şeirlər və esse kitablarının müəl-lifidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
