Moskvada biznesmeni oğurlayıb 10 milyon tələb edən üç azərbaycanlı yaxalanıb30-06-2015, 19:20
Çap et Saxlanılan şəxslər iş adamının buraxılması müqabilində onun ailəsindən 10 milyon dollar tələb ediblərRusiya paytaxtında həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb. Paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb. “Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən "Makarov" tipli tapança və patronlar aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

Saxlanılan şəxslər iş adamının buraxılması müqabilində onun ailəsindən 10 milyon dollar tələb ediblər