Türkiyədə tanınmış aktyorlara 5 il həbs cəzası tələb edilir20-05-2015, 16:30
Çap et Türkiyədə adı narkotik maddələrin istifadə və satışına qarışan bir neçə tanınmış şəxsə dövlət ittihamçısı tərəfindən cəza istənilib.Heqiqet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prokuror tanınmış aktyorlara 2-5 il arası azadlıqdan məhrumetmə cəzası istəyib. Qeyd edək ki, bəhs olunan cinayət işində məşhur aktyorlar Murad Yıldırım, Kənan İmirzəlioğlu, Sarp Apak, Engin Günaydın, Hakan Yılmaz və Ersin Korkut kimi şəxslərin adı keçir. İttiham aktında ümumilikdə 53 nəfərin adı keçir. Dövlət ittihamçısı çıxış edərək, qanunsuz narkotik maddənin ticarəti ilə bağlı ittihama görə aktyorlara bəraət, narkotik maddə istifadəçisi olduqları üçün isə 2-5 il arası azadlıqdan məhrumetmə cəzası istəyib. Qeyd edək ki, İstanbul Narkotiklərə Qarşı Mübarizə idarəsinin 2013-cü il avqustun 6-da keçirdiyi əməliyyat zamanı 53 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar içərisində tanınmış şəxslər də olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Türkiyədə adı narkotik maddələrin istifadə və satışına qarışan bir neçə tanınmış şəxsə dövlət ittihamçısı tərəfindən cəza istənilib.