Astarada Pensər çayında su səviyyəsinin qalxması bir sıra problemlər yaradıb8-06-2017, 12:33
Çap et Ötən il çay Şiyəkəran kəndində torpaq atını yuyub, aparıb. Bu səbəbdən ərazidə yaşayan 45 ailə təhlükə ilə üzləşib. Ötən il bir evin uçmaq təhlükəsi yarandığından, sahibləri başqa ərazidə ev tikərək, oraya köçüblər. Hazırda bir neçə ev də qəzalı vəziyyətə düşüb. Bundan başqa, sitrus bağlarına, otlaq ərazilərə ciddi ziyan dəyib. Çay yolu yuyub apardığından sakinlər pay torpaqlarında saldıqları sitrus bağlarına, zəmilərə gedib-gələ bilmirlər. Astara Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, RİH və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər. Yekun rəy aidiyyəti qurumlara göndərilib: “Orada beton səddin tikilməsinə ehtiyac var. Vəsait ayrılarsa, problem aradan qaldırılacaq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
