Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq22-06-2017, 11:54
Çap et Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, 2015-ci ildə məktəbə hazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbə hazırlıq qrupları fəaliyyətə başlayıb. Məktəbə hazırlıq qruplarına 5 yaşı tamam olmuş uşaqlar qəbul olunub. BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbə hazırlıq qrupunda 23 130 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbə hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbə hazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib. Bu qruplarda çalışan müəllimlər üçün təlimlər keçirilib. Məktəbə hazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbə hazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
