Avstraliyanın ən böyük ştatının qubernatoru Azərbaycana səfər etmək niyyətindədir10-08-2017, 17:09
Çap et Görüş zamanı konsul Azərbaycan haqqında və iki ölkə arasında siyasi, ticarət-iqtisadi, parlament, humanitar və digər əlaqələrin möhkəmləndirilməsi və inkişafı üzrə işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb. Fəxri konsul qeyd edib ki, bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək və bu forumda Avstraliyadan onlarla iş adamının iştirakı planlaşdırılır. A.Rzayeva K.Sandersonu Azərbaycana dəvət edib. Qubernator Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və respublikaya səfər etmək arzusunu bildirib. O, həmçinin iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və oktyabr ayındakı biznes forumun bunun üçün yaxşı imkanlar yaradacağını xüsusi vurğulayıb. K.Sanderson Qərbi Avstraliyanın 32-ci qubernatoru, ərazisinə görə ölkənin ən böyük ştatında kraliça II Yelizavetanın nümayəndəsidir. Ştat qubernatoru Qərbi Avstraliya baş nazirinin təqdimatı ilə kraliça tərəfindən təyin olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
