Aİ-nin xüsusi nümayəndəsi azərbaycanlı girovlardan danışdı19-02-2018, 11:46
Çap et "Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin tutulduğu vaxtdan, 2014-cü ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir".Bunu Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Trend-ə açıqlamasında deyib. Onun fikrincə, bu məsələyə daha geniş kontekstdə baxmaq lazımdır: "Tərəflər humanitar məsələlərin həllində bacarıq nümayiş etdirsəydi, məsələn, bir neçə girovun azad edilməsinə razı olsaydılar, bu, çox faydalı olardı və etimadın möhkəmlənməsinə kömək edərdi. Bu, cəmiyyətlərə və bütün münaqişənin toxunduğu insanlara münaqişə ilə bağlı əsas mövqelərdə kompromisə getmək məcburiyyəti olmadan danışıqlarda iştiraka hazırlığın və irəliləyişin olduğunu göstərərdi. Gürcüstana gəldikdə isə son iki il ərzində bir neçə saxlanılan şəxs azad edilib və bu, heç bir tərəf üçün neqativ nəticələnməyib, əksinə, gələcəkdə etimadın daha da möhkəmləndirilməsinə əsas ola bilər. Ola bilsin ki, bu, Dağlıq Qarabağa münasibətdə də baş versin". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin tutulduğu vaxtdan, 2014-cü ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir".