Heqiqet.Az » idman » Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib


Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib

22-02-2018, 10:26
Çap et
Ermənistan – Azərbaycan oyununun vaxtı dəqiqləşib Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.
Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.
Qeyd edək ki, B qrupunda Cəbəllütariq, Malta, Şotlandiya, Uels və Andorra yığmaları güclərini yoxlayacaq. Qruplarda ilk 2 yeri tutacaq komandalar mərhələ adlayacaqlar.
Reytinq: