Heqiqet.Az » hadise » Gəncədə mağazadan oğurladıqları pul yola töküldü


Gəncədə mağazadan oğurladıqları pul yola töküldü

4-05-2015, 14:16
Çap et
Gəncədə mağazadan oğurladıqları pul yola töküldü
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə şəhərində şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini, Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb. Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib.
Reytinq: