Yüksək humanizm, xeyirxahlıq və nəciblik mücəssəməsi13-05-2024, 16:38
Çap et 2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təsis edilməsi isə müasir Azərbaycan tarixinin daha bir əlamətdar məqamıdır. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəslə ötürülməsi zərurətindən yaranmışdır. Fond ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. Mehriban Əliyevanın ictimai-siyasi xadim kimi fəaliyyəti həmişə çoxşaxəli olub. Bu fəaliyyət ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edib. Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edir. 2004-cü ildən fəaliyyət göstərən və bu gün regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların ümid yerinə çevrilən Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirir. Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərqin iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərlə Azərbaycan həqiqətləri uğurla dünyaya çatdırılır. Bütün bunlar erməni yalanlarının sistemli şəkildə ifşa olunmasına, Xocalı soyqırımının tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına dəstək verir. Bu gün Müstəqil Azərbaycanın uğurlarının təməlində ulu öndərimiz Heydər Əliyevin müdrik siyasi kursu,strateji proqramlar,konsepsiyalar və islahatlar dayanır.Alternativi olmayan bu siyasi kurs Azərbaycanı çox qısa bir zaman kəsiyində inkişaf yoluna çıxmasına səbəb olub.Dahi rəhbərimizin ideyaları Azərbaycanın və regionumuzun lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.Azərbaycanın sürətli inkişafında,dünyada nüfuzunun durmadan artmasında Heydər Əliyev Fondunun da önəmli rolu var.Ölkəmizin ictimai-siyasi həyatında Birinci-vitse prezident,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca mühüm və əhəmiyyətlidir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ali dəyərlərə söykənən, dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə köməklik göstərməyi qarşısına məqsəd qoyub. O, ulu öndərin adını daşıyan fondun yaradılmasından əvvəl də böyük milli təəssübkeşliklə fəaliyyət göstərirdi. Fondun yaradılmasından sonra isə Mehriban xanımın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin kəmiyyəti və keyfiyyəti dəfələrlə, coğrafiyası isə on dəfələrlə böyüdü. Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu ötən 15 il ərzində Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər böyük xeyriyyəçilik, humanist aksiyalar həyata keçirib.O,Azərbaycan mədəniyyətinin şəriksiz dostu, səhiyyəmizin yorulmaz dəstəkçisi, uşaq və gənclərimizin isə əvəzsiz himayədarı kimi həm ölkə miqyasında, həm də beynəlxalq aləmdə Azərbaycan xanımlığına xüsusi nüfuz qazandırdı. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və başqa bu kimi məsuliyyətli və fəxr ediləsi missiyalar əsas yer tutur. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu regionda ən böyük ictimai təşkilata çevrilib. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub-yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha konkret şəkildə əks olunur. 2017-ci il fevralın 21-i xalqımız və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən, siyasi idarəçilik tariximizdə tamamilə yeni olan bir faktla yaddaşlara yazılacaq. Həmin gün biz dövlət müstəqilliyimizin bərpasından keçən illər ərzində ölkəmizdə mövcud olmuş idarəetmə strukturunda qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan bir yeniliyin reallaşdırılmasının şahidi olduq. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edildi. Birinci vitse-prezident ölkənin ikinci şəxsi kimi yüksək təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə malik olmalıdır. Mehriban xanım indiyədək məsul olduğu bütün işlərdə peşəkarlıq, bacarıq nümayiş etdirib və onların hamısını uğurla yekunlaşdırıb. Əsas məqam odur ki, bu uğurlu nəticələri yalnız Azərbaycan ictimaiyyəti deyil, bütün dünya görüb. Azərbaycanın birinci vitse-prezidentinin təyin edilməsi dövlətçilik tariximizdə yenilikdir, bir ilkdir. Buna qədər ölkəmizdə faktiki olaraq belə bir idarəetmə institutu olmayıb. İkincisi, bununla Azərbaycanın idarəçilik sistemində tamamilə yeni bir mərhələnin əsası qoyuldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu bununla yeni bir mərhələyə qədəm qoydu. Bu vəzifəyə məhz Mehriban xanım Əliyevanın təyin olunmasının özü isə ayrılıqda tarixi bir hadisədir. Bu ali vəzifəyə layiq olduğunu və gələcəkdə də bu məsuliyyətli vəzifəni yüksək bacarıqla icra edə biləcəyin bu günə qədər gördüyü işlərlə sübuta yetirib. "Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də tam haqlı olaraq Təhlükəsizlik Şurasının iclasında birinci vitse-prezidenti təqdim edərkən Mehriban xanım Əliyevanı çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insan kimi xarakterizə etdi. Mehriban xanım Əliyeva həm ölkəmizin birinci xanımı, həm Heydər Əliyev Fondunun prezidenti və digər qurumların rəhbəri kimi uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb. Mehriban xanım Əliyeva daim insanlarla ünsiyyətdə olub, onları düşündürən, narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. O, xalqımızın və dövlətimizin maraqlarının beynəlxalq miqyasda qorunması, mədəniyyətimizin, tarixi dəyərlərimizin təbliği istiqamətində mühüm işlər görüb. Həmçinin, onun rəhbərliyi ilə bir çox beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsi, "Evrovision" və İlk Avropa Oyunlarının paytaxtımızda ən yüksək standartlara uyğun baş tutması və Azərbaycanın dünyadakı nüfuzunun artmasına önəmli töfhələr verməsi bir daha Mehriban xanımın təşkilatçılıq bacarığının təsdiqi idi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları minlərlə insana, yüzlərlə ailəyə sevinc bəxş edib. O, ölkəmizdə səhiyyə, təhsil sahələrində mühüm layihələrin təşəbbüskarı kimi də uğurlu fəaliyyətini davam etdirib. Bütün bunlar isə bir daha Prezidentimiz İlham Əliyevin nə qədər düzgün bir qərar verdiyini sübuta yetirir.Prezident Ilham Əliyev demişdir: “Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.” Mehriban xanım Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görüb. Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizi dünyada layiqincə təmsil edib. Heydər Əliyev Fondu tərəfindən ölkəmiz üçün böyük əhəmiyyət daşıyan “Xocalıya ədalət!” kampaniyası uzun müddətdir uğurla davam edir və qarşıya qoyulan məqsədə nail olur. Məhz bu kampaniyanın sayəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında geniş məlumat əldə edib. Mehriban xanım UNESCO və İSESCO-nun xöşməramlı səfiri kimi də mühüm işlər görüb, elmin, mədəniyyətin, təhsilin inkişafına mühüm töhfələr verib, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında çox böyük səyi olub. Onun ictimai-siyasi və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Gimnastika Federasiyasının prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətçiliyimizin inkişafına, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçməsinə xidmət edir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına yaxından dəstək verir, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və Azərbaycan həqiqətlərini dünyada tanıdır. Azərbaycanın Birinci vitse-prezidenti kimi isə Mehriban xanım Əliyeva öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq.Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bir hissəsi də siyasətlə bağlıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini olan Mehriban Əliyeva həm də 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ilk gündən ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlmişdir. Qurumun uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsi olmuşdur. Fond bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzə çevrilmişdir. Heydər Əliyev Fondunun bu və digər sahələrdəki fəaliyyəti son 20 ildə daim böyük marağa səbəb olmaqla layiqincə qiymətləndirilmişdir. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi nəcib, xeyirxah, humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Bundan başqa, Azərbaycanın birinci xanımı 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2010-cu ildə Fransanın Şərəf Legionu ordeninə və UNESCO-nun “Qızıl Mosart” medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyevaya 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı verilmişdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə “Birlik ulduzları” mükafatına təqdim olunmuşdur. Azərbaycanın birinci xanımının 2009-cu ildə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə isə “Heydər Əliyev ordeni”nə layiq görülməsi onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətinn ifadəsidir. Mehriban xanım Əliyevanın şəxsi nümunəsi respublikamızda ölkənin inkişafı və müsbət imicinin artması naminə ictimai fəallığın yüksəlməsini stimullaşdırıb. Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Bu gün xalqımız Mehriban xanım Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir. Xüsusilə Mehriban xanım Əliyevanın doğum günündə milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdə səslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan, usanmadan çalışan fədakar insana – Mehriban xanım Əliyevaya ünvanlanır. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirik. Respublikamızın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində layiqli yerini tutmasına doğru istiqamətlənmiş tədbirlərini inamla davam etdirir. Ən mühümü odur ki, fondun fəaliyyəti, həyata keçirdiyi hər bir tədbir, proqram və layihə nəticə etibarilə Prezident cənab İlham Əliyevin yürütdüyü siyasi kursa layiqli töhfələr verir. ![]() Elbrus Quliyev “Zəngəzur” Cəmiyyətlər Birliyinin sədr müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

