Lerikdə torpaq sürüşməsi: ölən və xəsarət alanlar var - VİDEO7-03-2020, 16:19
Çap et Hadisə rayonun Çayrud kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində Arif Əlirzayevə məxsus ev dağılıb. Nəticədə Əlirzayevlər ailəsi evin dağıntıları altında qalıb. Kənd sakinlərinin köməyilə uçqundan çıxarılan 6 yaşlı Ayan Əlirzayeva və anası, 32 yaşlı Qızqayıt Əliyeva müxtəlif xəsarətlə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dagıntılar altında qalan ailə başçısı Arif Əlirzayev dünyasını dəyişib. Onun oğlu 18 yaşlı Kamıran Əlirzadə hadisə zamanı evdən sağ çıxmağı bacarıb. Evin yerləşdiyi dağ yamacında torpaq 6 metr sürüşərək qabağa gəlib. Ehtimal olunur ki, sürüşməyə 5-6 gün əvvəl yağan qar səbəb olub. Hadisə nəticəsində ev sahibinə məxsus maşın da dağıntılar altında qalıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lerikdə sürüşmə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı məlumat yayıb.Bildirilib ki, yaralılardan bir nəfəri xəstəxanada saxlanılır, onun vəziyyəti qənaətbəxşdir. Digər yaralıya ambulator yardım göstərildikdən sonra o xəstəxanadan buraxılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
