Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür19-02-2021, 09:02
Çap et Xatırladaq ki, söhbət filmin müəllifi Mir Şahinin 44 günlük Vətən müharibəsindən bir qədər sonra Zəngəzurun Şurnuxu kəndinin hazırda məğlub Ermənistanın nəzarətində olan hissəsinə keçməsi, erməni ailəsinin evində olması və Ermənistan vətəndaşlarından müsahibələr almasından gedir. Ermənistanın 5-ci televiziya kanalı "Azadlığın ad günü – Zəngəzur” filmi ilə bağlı süjet hazırlamışdı. Süjetdə bildirilirdi ki, Ermənistanın başının Sünik qalmaqalına qarışdığı bir vaxtda Azərbaycanın tanınmış telejurnalisti Mir Şahin Ağayev Sünikin Ermənistanın nəzarətində olan hissəsinə keçib. Erməniləri daha çox narahat edən isə Mir Şahinin “Azərbaycana xoş gəlmisiniz” yazılmış lövhənin yaxınlığındakı şərhidir. Filmin Ermənistanda yaratdığı təşviş hələ də davam edir. Ermənistan sosial şəbəkələrində paylaşılan video erməni cəmiyyətində növbəti etirazlara səbəb olub. Erməni cəmiyyətini, siyasi elitasını ən çox qıcıqlandıran məqamlardan biri isə azərbaycanlı jurnalistin çox rahatlıqla erməni ailəsinin evinə girib, onların yaşadıqları səfil vəziyyəti nümayiş etdirməsidir. Sosial şəbəkələrdə paylaşılan videonun şərh bölməsində isə Ermənistan hakimiyyətinə, xüsusən də baş nazir Nikol Paşinyanın ünvanına yönəlmiş təhqir və tənqid dolu mesajlar gəlməkdə davam edir. Erməni əhalisi bunun necə baş verdiyinin izahını tələb edir. Qeyd edək ki, hadisədən bir ay keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bununla bağlı əhaliyə heç bir rəsmi açıqlama verməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
