AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ustad dərslərə start verilib21-05-2021, 13:00
Çap et Tədbirdə muzey əməkdaşları Aynur Babayeva, t.ü.f.d. Nasir Quluzadə uşaqlara Nizami Gəncəvinin həyat, yaradıcılığı və onun yaşadığı dövrü ilə bağlı muzey eksponatları haqqında ətraflı məlumat veriblər. Bu məlumatlar onlar üçün Azərbaycan tarixinə, Nizami Gəncəvi dövrü və yaradıcılığına əyani baxış olub. Uşaqlar tarixi hadisələr, o dövrün əşyaları arasında əlaqə qurmağa çalışmış və bu, onların tarixi məlumatlarını daha yaxşı mənimsəməsinə kömək etmişdir. Tədbirdə məktəblilər kitablarda oxuduqları tarixi dövrlərdə istifadə olunan əşyaları real görmək imkanına sahib olublar. Uşaqlarla həmçinin sual-cavab viktorina keçirilmiş və qaliblərə muzeyin kataloqu hədiyyə olunmuşdur. Ustad dərsi tədbirdə onlar XII əsrə aid muzey eksponatları əsasında rəssamın iştirakı ilə rəsm əsəri çəkməyi öyrənib və öz bacarıqlarını nümayiş etdirmişlər. Bu onların istedad və bacarıqlarını daha da təkmilləşdirməkdə əhəmiyyətli rol oynayıb. Sonra uşaqlara H.Z.Tağıyevin memorial muzeyinə ekskursiya aparılıb. Sonda iştirakçılar muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı tərəfindən sertifikatlarla təltif olunub və foto-şəkil çəkilib. “Ustad dərslər” layihəsi müxtəlif mövzularda mütəmadi keçirilməsi nəzərdə tutulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
