“The FTX Crypto Cup”: Teymur Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirib25-05-2021, 07:54
Çap et Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. Ş.Məmmədyarov isə 7-ci turda ermənistanlı Levon Aronyanı, daha sonra rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb. Doqquzuncu turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edən Ş.Məmmədyarov günün son qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravı məğlub edib. Şahmatçımız 5 xalla 10-cu sıradadır. “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
