Neftçalada qardaş qardaşı qətlə yetirdi9-07-2021, 07:18
Çap et Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyulun 8-i saat 12 radələrində Neftçala rayon Həsənabad qəsəbəsində baş verib. Qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Vahid Məmmədovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
