Lerikdə bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərilib24-08-2021, 08:01
Çap et Lerik Rayon Prokurorluğunudan verilən məlumata görə, ibtidai istintaqla müəyyən edilib ki, Noda bələdiyyəsinin sabiq sədri Səlim Səfərov işlədiyi müddətdə dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləmiş, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Səlim Səfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
