Hava kəskin dəyişəcək - Nazirlik xəbərdarlıq etdi10-11-2021, 10:22
Çap et Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir. Rayonlarda bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Havanın temperaturu 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
