Amnistiya aktına düşən, lakin azadlığa buraxılmayan bəzi məhkumlarla bağlı məsələyə aydınlıq gətirilib11-11-2021, 08:19
Çap et Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, elə məhkumlar var ki, amnistiyaya düşsə də bəzi başqa məqamlar ortaya çıxır: “Məsələn elə maddələr var ki, həmin maddə üzrə məhkum olunanlar barədə məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunmalarla bağlı araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”. Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Aktın 17 min məhkuma şamil edilməsi gözlənilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
