“Yaşıl enerji”nin inkişafı qeyri-neft sektorunda əlavə dəyər yaratmağa imkan verəcək16-03-2022, 09:20
Çap et Bunun iqtisadçı-ekspert Amal Həsənli deyib. Onun sözlərinə görə, bu gün “yaşıl gündəm” dünya trendidir: “Hesablamalara görə, dünya üzrə orta temperaturun 1 dərəcədən çox artması və karbon qazı tullantılarının həcminin artması təbii fəlakətlərlə yanaşı, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, anomal istilərə gətirə bilər. Bu isə öz növbəsində dünyanın ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu mənada dünya iqtisadiyyatının “yaşıl enerji” yönündə transformasiyası daha da sürətlənəcək və 2050-ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpa olunan enerji hasabına alınacaq. Azərbaycanın bu prosesdən kənarda qalması mümkün deyil. Yanvarın 13-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində ölkə başçısının da vurğuladığı kimi bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. “Yaşıl enerji”yə keçid ölkəmizdə iqtisadi inkişafa və iqtisadi sabitliyə impuls verə bilər. Çünki bu keçid tam yeni texnologiyaların inkişafını nəzərdə tutur. Əlaqəli sahələrin formalaşması deməkdir”. Ekspert hesab edir ki, ölkədə alternativ enerji infrastrukturunun formalaşdırılması məşğulun təmin olunmasına əhəmiyyətli töhfə verə bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
