Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın taleyində müstəsna rol oynayırlar19-04-2022, 11:29
Çap et Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistanın siyasi-hərbi rəhbərliyinin ayrı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı: Prezidentimizin apardığı siyasət Azərbaycanın dostlarının sayını, dünyada nüfuzunu artırdı. Qardaş Türkiyə, Pakistan və digər dövlətlər ilk gündən Azərbaycana birmənalı siyasi, mənəvi dəstək verdi. Digər tərəfdən, Qoşulmama Hərəkatına üzv olan və BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər 44 günlük savaş dönəmində Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbulunun qarşısını aldılar. Mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan rəhbərliyi artıq məğlubiyyətin qaçılmaq olduğunu dərk edib, kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradılıb. Möhtəşəm Zəfər qazanan və Türkiyə ilə strateji müttəfiqlik münasibətlərə malik Azərbaycanın hazırda əsas hədəfi işğaldan azad edilən ərazilərin bərpası, məcburi köçkünlərin bu torpaqlara qaytarılmasıdır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu istiqamətdə görülən işlər də dünyada heyrətlə qarşılanır. Bu gün Qarabağda abadlıq-quruculuq işləri, yolların salınması, yeni yaşayış məskənlərinin tikilməsi, agıllı kənd layihələri, işğal dövründə dağıntıya məruz qalmış tikililərin mümkün bərpası uğurla davam edir. Cənab Prezidentimiz, Ali Baş Komandan İlam Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımla birlikdə tez-tez Qarabağda olur, yeni-yeni tikililərin açılışında iştirak edirlər. Qeyd edək ki, Birinci vitse-prezidentlik dövlət idarəçiliyinin ali postlarından biridir. Ona görə bu vəzifədə təmsil olunacaq şəxsin də ali keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə, o cümlədən yüksək milli-mənəvi dəyərlərə malik olması vacib tələblərdəndir. Ən əsası, bu vəzifəni daşıyan şəxsin vətəndaşların etimad göstərdiyi insan olması da mühüm meyardır. Bu baxımdan hələ Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunana qədər Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət göstərirdi ki, qeyd edilən bütün yüksək və mənəvi keyfiyyətlərin hər biri Mehriban Əliyevanın şəxsiyyətində, xarakterində əksini tapıb. Mehriban xanım ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edib. Mehriban xanım həmçinin böyük xeyriyyəçi kimi də tanınıb. Heydər Əliyev Fondunun pənah ünvanı kimi tanınması da məhz buna görədir. İnsanlara yaxşılığı, ehtiyacı olanlara qayğı göstərməsi, əl tutması Mehriban Əliyevanın fəaliyyətinin əsasını təşkil edir. Ümumiyyətlə, təkcə fərdi şəkildə edilən köməklər deyil, 2004-cü ildən bəri respublikamızda uşaq evlərinin, internat məktəblərinin, xəstəxanaların tikintisi, talassemiyalı və diabetli xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif layihələrin həyata keçirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinə verilən böyük dəstəklə yanaşı, Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin bir istiqamətidir. Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən tikililər və digər tədbirlər Mehriban Əliyevanın dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətindən xəbər verir. Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini ilk gündən sosial sahəyə yönəldib. Ötən müddətdə Mehriban Əliyevanın təşəbbüsləri ilə müharibə əlillərinin sosial qayğılarının həlli, keçmiş məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb. Hazırda məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə, Heydər Əliyev Fondunun xətti ilə Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrinin bərpası ilə bağlı layihələr həyata keçirilməkdədir. Xüsusən Şuşada həyata keçirilən bərpa işlərində, Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir və bütün bunlar, ilk növbədə, Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın timsalında vətəni sevməyin, vətənpərvərliyin nümunəsini gördü. Vətən müharibəsi günlərində Mehriban Əliyeva yaralı hərbçilərimizin müalicəsini şəxsi nəzarətinə götürdü, Heydər Əliyev Fondunun xətti ilə onların bir qismi Türkiyəyə müalicəyə göndərildi və bu xeyirxahlıq indi də davam etməkdədir. Mehriban Əliyeva öz fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursuna daim yeni töhfələr verir, ona göstərilən etimadı ən yüksək səviyyədə doğruldur. Praqmatiklik, kreativlik, yüksək erudisiya, humanizm kimi ali keyfiyyətlərə malik olan, milli köklərimizə, bəşəri ideyalara daim sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaqlar. ![]() Elvina Xasməmmədova, "Azərbaycan xanımı" jurnalının baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

