» » Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib


Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

21-06-2022, 10:42
Çap et
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.
Reytinq: