Qanunsuz qum-çınqıl hasilatı və tikinti işləri ilə bağlı cinayət işi açılıb23-06-2022, 08:10
Çap et Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında vətəndaş Qafar Rzayevə ayrılmış ərazidə kənar şəxslər tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində 48 min 735 manat ziyan dəyməsi müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib. Bundan başqa, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin vəzifəli şəxsi tərəfindən qulluq mənafeyinə zidd olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması, həmin ərazidə tikinti işlərinin aparılması faktına görə Cinayət Məcəlləsinin 188.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Lerik rayon prokurorluğuna göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
