» » Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub (FOTO)


Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub (FOTO)

16-08-2022, 19:48
Çap et
Üzgüçümüz İslam Həmrəyliyi Oyunlarının qalibi olub (FOTO) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğura imza atıb.
Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.58.26 göstərici ilə bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Reytinq: