Mehriban xanımın çoxşaxəli fəaliyyəti onu bütün dünyada tanıtmışdır24-08-2022, 11:05
Çap et Mehriban xanım Əliyevanın adı müasir Azərbaycan tarixinin demək olar ki, hər günündə, hər bir səhifəsindədir. Mehriban xanımın çoxşaxəli fəaliyyəti onun şəxsiyyətini təkcə, region ölkələrində deyil, bütün dünyada tanıtmışdır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlət aparatında operativliyin artırılmasına, funksionallığın təmin olunmasına, böyük ölçüdə kadr islahatlarına öz töhfəsini vermişdir. Bürokratik aparatın sağlamlaşdırılması, yüksək intellektli gənclərin dövlət aparatına işə cəlb olunması və bu işlərin artıq, müsbət nəticələri hər kəs tərəfindən qəbul edilən reallıqlardır. Mehriban xanımın fəaliyyət sferası o qədər genişdir ki, bütün bu işlərin bir insan tərəfindən yüksək peşəkarlıqla həyata keçirilməsi, koordinasiya edilməsi heyrət doğura bilir. Lakin, Mehriban xanım Əliyevanın yüksək intellekti, həyat təcrübəsi, böyük mədəniyyət daşıyıcısı olması bütün bu taleyüklü məsələlərin öhdəsindən gəlməsinə imkan verir. Müharibə günlərində Mehriban xanım öz çıxışları, müraciətləri ilə Azərbaycan xalqının, o cümlədən, ordumuzun yüksək əhval-ruhiyyədə olması üçün çalışdı. Həmçinin, Ermənistanın Azərbaycan şəhərlərini bombalaması ilə çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan fəsadlar Mehriban xanımın həssaslıq göstərdiyi əsas məsələlərdən idi. Azərbaycan xalqı son onilliklərdə Mehriban xanım Əliyevanın bir çox sahələr üzrə uğurlu fəaliyyətinə şahidlik edib. Keçən ilin payızında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin apardığı müqəddəs savaş zamanı xalqımız Mehriban xanımın yeni keyfiyyətlərini kəşf etdi. Mübahisəsiz demək olar ki, Mehriban xanım azad edilən ərazilərə, Xudafərin körpüsünə ilk ayaq basan Azərbaycan qadını oldu. Torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk günlərdən – hələ ərazilərdə təhlükənin qaldığı şəraitdə Mehriban xanım Əliyeva Ali Baş Komandan İlham Əliyevlə birlikdə hərbi geyim geyinərək həmin ərazilərə səfər etdi. Eyni nümunəni biz Prezident İlham Əliyevin və Mehriban xanımın Qarabağa səfərlərində də müşahidə etdik. 28 ildən sonra Mehriban xanımın qədəmlərində doğma torpaqlarımızda minlərlə qarabağlı xanımların ayaqları gəzdi-dolaşdı. Bu əsl şücaət örnəyi idi. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə hörmətli Mehriban xanım Əliyevanı təbrik edir, ölkəmizin çiçəklənməsi, xalqımızın xoşbəxt rifahı naminə göstərdiyi fəaliyyətində uğurlar arzulayıram! Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,"İlin fəal bələdiyyə sədri", "Vətənpərvər bələdiyyə sədri" media mükafatı laureatı *** Redaksiyadan: Qeyd edək ki, Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri, "İlin fəal bələdiyyə sədri", "Vətənpərvər bələdiyyə sədri" media mükafatı laureatı Niyaməddin Məmmmədovun "HEYDƏR ƏLİYEV FONDU BİZİMLƏ"adlı kitabı işıq üzü gördü. Eyni zamanda Niyaməddin Məmmədov "Uğur" media mükafatına layiq görüldüyünə görə onu kollektivimiz adından təbrik edirik! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
