Mehriban Əliyevanın çoxcəhətli fəaliyyəti artıq müasir dövlət idarəçiliyinin zəruri amilinə, əvəzedilməz elementinə çevrilib25-08-2022, 20:40
Çap et Azərbaycan qadını tarix boyu evdə olduğu kimi, ölkə miqyasında da ağılı düşüncəsi və hünəri, zəhməti ilə seçilib. İpək nənələrimizin, xoş diləkli analarımızın arzu-istəkləri dünyamıza əmin-amanlıq, həyatımıza firavanlıq gətirib.Ən çətin anda xalqın, ölkənin taleyüklü məsələlərinin həll edilməsində kişilərlə çiyin-çiyinə dayanmış görkəmli qadınların həyat və mübarizəsi zaman-zaman qız-gəlinlərimiz üçün örnək, yeni nəsillər üçün öyünc ünvanı olub. Bütün bu ali bəşəri dəyərləri və yüksək insani xüsusiyyətləri, Azərbaycan qadınının nəcibliyini, humanistliyini, incəliyini və güclülüyünü, böyük ideallara bağlılığını amal və əməlində yaşadan, zənginləşdirən birinci xanım Mehriban Əliyeva Azərbaycan qadının mükəmməl obrazını dünya üçün də nümunə olan bir yüksəklikdə təcəssüm etdirir. Birinci vitse-prezident olaraq Mehriban xanımın cəmiyyət və dövlət həyatında tutduğu uca mövqe Azərbaycan qadınının bütün dünyadan görünən ən mükəmməl simasıdır. Mehriban xanımın Azərbaycan tarixində ilk Birinci vitse-prezidenti kimi dövlət xadimi olaraq bütün dünyada artıq çoxdandır ki, diqqət mərkəzindədir. Mehriban xanım Əliyevanın mənalı, səmərəli və şərəfli həyatı, sivil, demokratik və bəşəri məramlı ictimai-siyasi fəaliyyəti ölkə daxilində ona hədsiz rəğbət və nüfuz qazandırmış, beynəlxalq aləmdə ölkəmizin modern imicinə əlavə zənginlik gətirmişdir. Azərbaycan dövlətinin ikinci yüksək rəhbəri kimi Mehriban Əliyeva ölkənin hərtərəfli inkişafını gerçəkləşdirməkdə müstəsna fəaliyyəti təmin edən ali bir statusdadır. Azərbaycanın birinci xanımı kimi Mehriban Əliyevanın yüksək humanizm və bəşəri dəyərlərə söykənən ictimai-siyasi hədəfləri sürətlə reallığa çevrilir, irimiqyaslı yeniliklərin sorağı ölkə hüdudlarını aşaraq dünyaya yayılır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin timsalında ölkəmizin gücü və qüdrəti necə tanınırsa, Mehriban Əliyevanın simasında xalqımızın xeyirxahlıq və sülhpərvərlik məramı da elə populyarlaşıb. Azərbaycan dövlətçiliyində Mehriban Əliyevanın yaratdığı Birinci xanım institutu müasir dövlət idarəetməsinin xüsusi bir sisteminə çevrilib. Mehriban xanım bu rəsmi statusa xüsusi çəki və dəyər qazandırıb. Azərbaycanın birinci xanımı hər bir vətəndaşın son ümid və pənah yeri olmaqla xeyirxahlığı ümummilli missiya səviyyəsinə ucalmış fenomendir. Mehriban xanımda təzahür edən yüksək insani xüsusiyyətlər, kübarlıq və zadəganlıq həm də genetik amillərlə bağlıdır. Dünya şöhrətli elm xadimləri– fizik, akademik Arif Paşayevin və şərqşünas, filologiya elmləri doktoru Aida İmanquliyevanın yüksək elmi-mədəni dəyərlərə bağlı ailəsində məhz belə bir yurdsevər ziyalı və əməlpərvər şəxsiyyət yetişə bilərdi. Azərbaycanın ictimai-siyasi həyatında Mehriban Əliyevanın çoxcəhətli fəaliyyəti artıq müasir dövlət idarəçiliyinin zəruri amilinə, əvəzedilməz elementinə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanımın humanitar yönlü missiyası, xeyirxah xidmətləri yalnız ölkə hüdudları ilə məhdudlaşmır, onun beynəlxalq layihələri və bəşəri hədəfləri ölkəmizin qlobal arenada uğurlarına ciddi töhfələr verib. Bu istiqamətdə birinci xanımın gördüyü işlər dünyada modern Azərbaycan xanımının timsalında dövlətimiz və xalqımız haqqında yüksək təəssürat yaradıb. Birinci vitse-prezidentin ən çox diqqətdə saxladığı məsələlərdən biri də şəhid ailələri, Qarabağ qaziləri ilə bağlıdır. Bu məqamda Mehriban xanım həm bir ana, həm də bir vətənpərvər dövlət rəhbəri timsalında ümumxalq sevgisi qazanmışdır. Bu gün uşaqdan-böyüyə hər bir azərbaycanlının sevgi-sayğılarının yönəldiyi Mehriban xanım həm də mötəbər bir ümid qapısı, həssas bir pənah ünvanıdır. Xəstə övladının taleyi təhlükədə olan, xaricdə təxirəsalınmaz əməliyyata ehtiyacı olan analar əminliklə bildirir ki, “narahat deyiləm, Mehriban xanımın xəbəri var, hər şey yaxşı olacaq”. Belə çoxsaylı nikbin sözlər Vətəninə, xalqına bağlı olan bir Azərbaycan qadınına ümumxalq sevgisinin parlaq ifadəsidir. Bu gün Mehriban xanımın doğum günüdür, Bu münasibətlə səmimi, qayğıkeş, işgüzar Birinci xanımı təbrik edirəm! ![]() Kərimova İradə Məzahim qızı, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azerbaycan dilçiliyi kafedrasının müdiri, ”İlin müellimi” media mükafatçısı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan qadını tarix boyu evdə olduğu kimi, ölkə miqyasında da ağılı düşüncəsi və hünəri, zəhməti ilə seçilib. İpək nənələrimizin, xoş diləkli analarımızın arzu-istəkləri dünyamıza əmin-amanlıq, həyatımıza firavanlıq gətirib.