» » Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib


Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib

19-09-2022, 11:42
Çap et
Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Reytinq: