Ağdaşda metamfetamin satışı ilə məşğul olan keçmiş məhkum tutulub28-09-2022, 05:51
Çap et DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 310 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən 1 həftə öncə əcnəbi ölkə vətəndaşından 500 manata aldığını etiraf edib. Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə daha iki nəfər - Kənan Allahverdiyev və Manaf Həbişov tutulub.Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 2 kiloqramdan artıq olan çətənə bitkiləri də kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
