Salyanda saxlanılan narkokuryerdən 5 kiloqramdan artıq heroin götürülüb13-03-2023, 10:49
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan torbadan külli miqdarda, yəni 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
