Ulu Öndərin uğurlu idman və gənclər siyasəti də onun xalq qarşısındakı xidmətlərinin əsas tərkib hissələrindən biri olub4-05-2023, 13:02
Çap et Şəxsiyyəti, mübarizliyi, prinsipiallığı və fədakarlığı ilə seçilən Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Onun Azərbaycanda hakimiyyət olimpinə yüksəlişi İkinci Dünya müharibəsi dövründə, yəni 1941–1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Naxçıvan MSSR Xalq Komissarları Sovetində başlayıb. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilən Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi xalqın öz liderinə qovuşması tarixi idi.Təxminən 13 ilə yaxın Azərbaycana rəhbərlik edən Heydər Əliyevin idarəçilik məharəti, rəhbərlik əzmi Onu xalqın gözündə ucaltdı. Təsadüfi deyil ki, 1990-cı ildə Moskvadan Azərbaycana qayıdan Ulu Öndər diqqətdən kənarda qalmadı. 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri sırasında müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi dövlətin qurulması və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti də var. Qeyd edək ki, beynəlxalq normalara əsaslanan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Ulu Öndərin uğurlu idman və gənclər siyasəti də onun xalq qarşısındakı xidmətlərinin əsas tərkib hissələrindən biri olub. Bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı göstərib, onların bir fərd kimi yetişməsinə ciddi önəm verib. Respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edən Heydər Əliyev idmançılar və gənclərin milli, vətənpərvər ruhda tərbiyəsi ilə bağlı bunları söyləyib׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanda sağlam, perspektivli, bu dövlətə sahib dura biləcək bir gənc nəslin yetişməsinə xidməti əsas götürürdü. 1990-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, gənclərin qarşısında duran problemlər və onların həlli yollarını mürəkkəbləşdirmişdi. Bunu yaxşı dərk edən uzaqgörən rəhbərimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başlandı: gənc nəslin mənəvi və fiziki tərbiyəsi, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində bəzi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dövründə böyüyən gənclər bənzərsiz vətənpərvərlik nümayiş etdirərək, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər. Memarı olduğu müstəqil Azərbaycan dövləti, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev və Yeni Azərbaycan Partiyası dahi rəhbərimiz Heydər Əliyevin bizə əmanətidir. Vətəni göz bəbəyi kimi qorumaq və inkişaf etdirmək naminə cənab Prezidentin ətrafında birləşmək biz idmançıların borcudur. ![]() İlqar Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının müdiri, dosent, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şəxsiyyəti, mübarizliyi, prinsipiallığı və fədakarlığı ilə seçilən Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Onun Azərbaycanda hakimiyyət olimpinə yüksəlişi İkinci Dünya müharibəsi dövründə, yəni 1941–1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Naxçıvan MSSR Xalq Komissarları Sovetində başlayıb. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilən Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi xalqın öz liderinə qovuşması tarixi idi.