Xalqımızın Prezidentə göstərdiyi etimadın müsbət nəticələri17-10-2023, 16:29
Çap et Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin davamçısına 20 il bundan əvvəl böyük etimad göstərdi. Gedişat sübut edir ki, ötən illər ərzində ölkə başçısı İlham Əliyevə olan etimad daha da artıb. İkinci Qarabağ müharibəsi dayananda Azərbaycan xalqı bilirdi ki, Şuşa kimi Xankəndində də bayrağımızın dalğalanmasına çox az qalıb. Şükürlər olsun, üç il keçməmiş biz Xankəndidəyik. Cənab Prezidentin Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında etdiyi çıxışlar xalq olaraq ürəyimizi qürur hissi ilə doldurub. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Xankəndi qələbəsi əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciəti zamanı qeyd etdiyi kimi, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılıb. Bizə qarşı soyqırımı törədilib, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət alıb. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi. O vaxtdan bu günə qədər ölkə inkişaf yolu ilə gedir. Daha sonra isə onun layiqli davamçışı cənab İlham Əliyevə prezident seçkilərində səs verməklə, doğru yol seçdi. Bu gün bu etimadln nəticəsini nəinki xalqımız, bütün dünya görür. Yeganə Baxşəliyeva, Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
