Heqiqet.Az » siyaset » Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz siyasət nəticəsi


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz siyasət nəticəsi

19-10-2023, 14:44
Çap et
15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Müzəffər Ali Baş Komandan tərəfindən Azərbaycan Bayrağının qaldırılması xalqımızın istək və arzularının ən bariz nümunəsi idi. Məhz 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Məhz bu kontekstdə ötən iyirmi il ərzində Azərbaycan gücləndi, ölkəmiz dünya miqyasında özünə layiq yerini tuta bildi. Dövlətimizin mövqeyi, addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Artıq bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifi kimi çıxş edir. Eyni zamanda ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Sözsüz ki, ölkənin güclü iqtisadi əsasları formalaşdı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Məhz bu müddət ərzində ölkə iqtisadiyyatı dörd dəfədən çox artıb ki, bu da əsl müstəqilliyə nail olmaq üçün olduqca vacib amildir. Çünki güclü iqtisadiyyatın və ordunun olması dövlətin gücünün göstəricisi hesab edilir. Bütün bu uğurların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. Bunu Ordumuz döyüş meydanında sübut etdi. 3 il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri Ordumuzun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bütün bunların fonunda həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi”.
Millət vəkili hesab edir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misilsiz siyasət nəticəsində bu gün Xankəndidə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır: “Sözsüz ki, bu, böyük xoşbəxtlik və tarixi hadisədir. Bu Qələbə xalqımızın, dövlətimizin tarixində əbədi qalacaq. Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi ərəfədə yaşanan qürurlu hadisələr tarixi şəxsiyyətə ən böyük hörmət və ehtiramın göstəricisidir. Təbii ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək böyük rəmzi məna daşıyırdı”.
Deputat Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmasının mahiyyətindən bəhs edib: “Reallıq odur ki, bu 100 il ərzində xalqımız böyük əzab və əziyyətlər çəkərək tarixi sınaqlardan üzü ağ çıxmağı bacarıb. Azərbaycan xalqı heç vaxt Ermənistanın ərazilərimizi işğalda saxlaması faktı ilə barışmayıb. Bütün məkirli qüvvələr Ermənistanın arxasında olsa da xalqımız qələbəyə olan ümidini heç vaxt itirməyib. Fakt odur ki, bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib. Bu 30 il ərzində xalqımız böyük faciələrlə üz-üzə qaldı. 1 milyon insan evsiz-eşiksiz qalıb, torpaqlarımız tamamilə dağıdılıb. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyini görür, dərk edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan hər zaman müxtəlif xalqların dostluq, mehribanlıq şəraitində yaşadığı bir məkan olub.
Azərbaycanın ağrılı günlərində dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi. Məhz bu gün vaxtilə xalqımıza qarşı amansızlıq etmiş, hərbi cinayətlər törətmiş canilər ədalət mühakiməsi qarşısındadır. Vaxtilə qondarma respublikanın rəhbərliyində olanların bəziləri indi Bakıda qanun qarşısında cavab verir. Bütün bunların fonunda Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Torpaqlarımız geri qaytarıldı, ərazi bütövlüyümüz bərpa edildi.

İskəndərova Kəmalə Osman qızı,
ADPU-nun Kimya və biologiya fakültəsinin
Analitik və üzvü kimya kafedrasının dosenti,
kimya üzrə fəlsəfə doktoru,
“Heydər Əliyev – 100” media mükafatı laureatı

19.10.2023
Reytinq: