Ermənistan KTMT-nin Moskva görüşündə iştirak etməyəcək19-12-2023, 10:54
Çap et Ermənistan nümayəndə heyəti görüşdə iştirak etməyəcək. Belə ki, bir qədər əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan bununla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Simonyan Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə rəsmi məktub göndərərək KTMT PA-nın dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib. Həmçinin, Ermənistan parlamentinin nümayəndə heyətinin də iclasda iştirak etməyəcəyi qeyd edilib. Xatırladaq ki, bu Ermənistan tərəfinin KTMT iclaslarında iştirakdan imtina etdiyi birinci hal deyil. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan da noyabrın 23-də KTMT-nin iclasında iştirakdan imtina edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyiblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
