Heqiqet.Az » siyaset » Qarabağın xilaskarı


Qarabağın xilaskarı

22-12-2023, 14:05
Çap et
Ali Baş Komandan cənab İlham Əliyev əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında ən düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından da məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma xalqına xidmət etməyə həsr olunması da onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.
Məhz liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən bu xüsusiyyətlər İlham Əliyev fenomenini yaratmışdır. Özlərinin dövlət idarəçiliyi fəaliyyətində bir neçə sahəyə üstünlük verən tanınmış dövlət başçılarından fərqli olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir.
Prezidentimiz dərin ağıla və zəkaya malikdir. Əsl Azərbaycan kişilərinə xas boy-buxunu, yaraşığı var. Özünə əsl Azərbaycan xanımını ömür-gün yoldaşı seçməklə eyni zamanda dost və sirdaş da qazanıb. İlham Heydər oğlu Əliyev dahi şəxsiyyətin ailəsində dünyaya göz açıb. Dünyanın ən həlim, mehriban, fədakar anasının qucağında böyüyüb. Mükəmməl təhsil alıb, bir neçə dili ana dili qədər dərindən bilir. Həddindən çox ciddidir, nadir hallarda gülür. Böyük fiziki gücə, yüksək enerjiyə, yorulmadan işləmək qabiliyyətinə malikdir.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi indiki milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Hazırda inamla irəliləyən ölkəmizdə müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici siyasət, müstəqil daxili siyasət milli ideologiyanın əsas prioritetləridir.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Möhtərəm Prezidentimizin Azərbaycançılıq idealına xidmət sahəsindəki çoxcəhətli və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil ölkəmizdə şəffaf və ədalətli bir cəmiyyət yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər xalqımızın daha xoşbəxt həyatının təmin edilməsinə və dövlətimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
24 dekabr cənab Prezidentin doğum günüdür. Bu münasibətlə onu səmimi qəlbdın təbrik edir, həyat və fəaliyyətində sonsuz uğurlar, möhkəm can sağlığı arzulayır, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm!

Elvina Xasməmmədova,
"Azərbaycan xanımı" jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı
Reytinq: