Heqiqet.Az » idman » “Mançester Siti” “Everton”la səfər oyununda vacib xallar itirib


“Mançester Siti” “Everton”la səfər oyununda vacib xallar itirib

Bu gün, 19:46
Çap et
“Mançester Siti” “Everton”la səfər oyununda vacib xallar itirib Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb. Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.

Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 7 xal geri qalır.
Reytinq: