Heqiqet.Az » idman » İngiltərə Premyer Liqasında 14-cü turun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR


İngiltərə Premyer Liqasında 14-cü turun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR

3-12-2018, 11:05
Çap et
İngiltərə Premyer Liqasında 14-cü turun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR Dünən İngiltərə Premyer Liqasında 14-cü turun mərkəzi qarşılaşması keçirilib.
London dərbisində "Arsenal" doğma azarkeşlər önündə "Tottenhem" klubu ilə qarşılaşıb. Görüş "Arsenal" klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Topçuların" heyətində P.Obameyamq (2), Aleksander Lakazett, Lukas Toreyra, "Tottenhem"də isə Erik Dayer və Hari Keyn (penalti) fərqləniblər.
Londonun digər təmsilçisi "Çelsi" doğma meydanda "Fulhem" klubunun qapısından iki cavabsız top keçirdim.
Turun digər maraqlı oyunu "Etihad" stadionunda reallaşıb. Cari mövsümdə uğurlu oyunu ilə diqqət çəkən "Bormunt" səfərdə hazırkı lider "Mançester Siti"nin qonağı olub. Meydan sahibləri oyunun ilk dəqiqələrindən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 16-cı dəqiqəsində "şəhərlilər"in hücumlarından biri qolla nəticələnib. Bernardo Silva fərqlənib - 1:0. Vurulan qoldan sonra irəli atılan qonaqlar birinci hissənin başa çatmasına bir dəqiqə qalmış hesaba tarazlıq gətiriblər. Klubun cari mövsümdə ən sərrast hücumçusu olan Kallum Vilson adını tabloya yazdırıb - 1:1. Komandalar fasiləyə heç-heçə ilə yollanıblar.
Qarşılaşmanın ikinci hissəsinə fəal başlayan Pep Qvardiolanın yetirmələri matçın 57-ci dəqiqəsində yenidən hesabda önə çıxıblar. Rahim Sterlinq fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub - 2:1. Oyunda son nöqtəni də meydan sahibləri qoyub. İngilislərin türk əsilli futbolçusu İlkay Gündoğan fərqlənib - 3:1. Beləliklə, "Mançester Siti" xallarının sayını 38-ə çatdıraraq liderliyini qoruyub saxlayıb. "Bormunt" isə 20 xalla 9-cu yerdə qərarlaşıb.
Premyer Liqanın favoritlərindən olan "Mançester Yunayted" isə səfərdə "Sauthempton" klubu ilə oyunda gözlənilmədən xal itkisi ilə üzləşib (2:2).
On dördüncü turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Kristal Palas" - "Börnli" - 2:0
"Haddersfild" - "Brayton" - 1:2
"Lester Siti" - "Votford" - 2:0
"Nyukasl" - "Vest Ham" - 0:3.
Qeyd edək ki, tura bu gün saat 20:15-də başlayacaq "Liverpul" - "Everton" oyunu ilə yekun vurulacaq.
Reytinq: