Alman ekspert: Enerji əməkdaşlığı və yaşıl keçid Berlin və Bakı üçün yeni perspektivlər açır5-05-2026, 19:49
Çap et Almaniya ilə Azərbaycan arasında enerji əməkdaşlığı qlobal enerji problemləri və dayanıqlı enerji mənbələrinə keçid fonunda xüsusi əhəmiyyət kəsb edir.Bu qiymətləndirmə ilə alman politoloqu və beynəlxalq münasibətlər üzrə ekspert Klemens Fişer “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında çıxış edib. Onun sözlərinə görə, Azərbaycan Avropa ölkələrinə neft və təbii qaz da daxil olmaqla enerji resurslarının əsas təchizatçıları sırasındadır. Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi vasitəsilə təchizatlar Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. O vurğulayıb ki, ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji mənbələri və yaşıl hidrogen istehsalı da daxil olmaqla yaşıl keçid sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Onun qiymətləndirməsinə görə, Berlin Bakını bu istiqamətlərdə perspektivli tərəfdaş kimi görür, texnologiyalar mübadiləsi və investisiyalar isə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas ola bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Almaniya ilə Azərbaycan arasında enerji əməkdaşlığı qlobal enerji problemləri və dayanıqlı enerji mənbələrinə keçid fonunda xüsusi əhəmiyyət kəsb edir.