Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir - Elnur Soltanov3-04-2023, 11:17
Çap et Bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər, Xəzər regionu və Naxçıvan enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir. "Biz ABŞ-dan olan həmkarlarımıza məhz bu üç prioritet istiqamətlərdə əməkdaşlıq qurmağı və genişləndirməyi təklif etdik", - o deyib. Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir. Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər. Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
