Azərbaycan xalqının sevgisini qazanan Prezident22-12-2023, 14:48
Çap et Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına daxil etməklə yanaşı, Qafqazın ən güclü ordusu sıralarında ilk sıraya yüksəldir. Hərbiçilərin təminatı gücləndirilir, ordunun silah təminatına ən müasir silahlarlar, artireliya qurğuları əlavə edilir. Əsgər və zabitlərin sosial təminatı daim gücləndirilir. Eyni zamanda əhalinin sağlamlığının qorunması İlham Əliyevin ən prioritet siyasi xətti olmuşdur. Hələ pandemiyanın ilk yarandığı zamanlarda Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsi zamanı deyir “Biz ya iqtisadiyyatı yada insanların sağlamlığını seçməli idik. Biz xalqın sağlamlığını seçdik, iqtisadiyyat bərpa oluna bilər” bu belə xalqın sağlamlığının İlham Əliyevin siyasətinin bir amalı Azərbaycan xalqının inkişafı sağlamlığı olduğu göstərilir. Bu illər ərzində ölkənin bütün rayonlarında yeni xəstəxanaların tikildi, ən müasir tibbi avadanlıqlar açıldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yol infrasturukduranda dünyanın ən lider ölkələrini belə keçərək ilk yerlərin sahibi olub. Yol quruculuğu, insanların rahat səyahəti, eyni zamanda ipək yolu daşınmaları yeni yollar vasitəsilə həm zamandan qənaət edir və təhlükəsiz tez zamanda məkana çatırlar. Həmçinin Azərbaycanın bütün şəhər və rayonları, mərkəzi küçə və prospektləri tarixi, milli-mənəvi dəyərlərin qorunması yenidən inşa edilib, yeni müasir üslubda binalar tikilib, ölkənin hər yerində insanların istirahəti üçün geniş park yerləri inşa edilib. Azərbaycan Respublikasının müstəqilliyi bütövlüyü uğrunda gedən döyüşlərdə qanından canından keçən hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanın onlara diqqət və qayğısını hər an hiss edir. Şəhid ailələri və qazilərimizin sosial təminatını hər il daha da gücləndirilir, məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən evlər verilir, qazilərimizin sağlamlıqların bərpası üçün dövlət hesabına dünyanın ən yaxşı müasir xəstəxanalarında müalicəyə göndərilir. Xüsusi olaraq qeyd edək ki, Ali Baş Komandan Azərbaycanın 200 ildən sonra Zəfər qazanan tək lideri olaraq adını şanlı tariximizə yazdırdı. Rəşadətli ordumuzun gücü ilə qazanılan şanlı Zəfər ilham Əliyev diplomatiyası ilə gücləndirildi. Bu o diplomatiyadır ki, dünyanın ən güclü lobbiilik fəaliyyətinə erməni lobbiçiliyinə qalib gəldi. Erməni faşizmini dünyaya tanədaraq xalqın birliyi ilə böyük zəfər qazandı. Müzəffər Ali baş komandan İlham Əliyevin böyük qaydış üçün Qarabağımızda yenidən inkişafı üçün böyük addımlar atır və atmağa davam edir. Aparılan sürətli işlərin nəticəsidir ki, vətən torpağında dövlət hesabına yeni evlər tikilir, Qarabağa həyatın qayıdışı üçün böyük işlər görülür. Azərbaycan xalqı ilə bir olan, xalqının hər bir fərdinin sevgisini qazanan, xalqın rifahını gücləndirmək siyasətini bütün vətəndaşlara hiss etdirən, onun sevgisindən güc alan bir lider İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdın təbrik edirəm. Prezientimizə və ailəsinə möhkəm can sağlığı arzulayıram! Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! ![]() Əliyev Məsum Kamal oğlu, Kürdəmir rayon Karrar kənd Ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

