“Yalçın Rzazadə ölümündən qabaq mənə etiraf etdi ki...” - İntiqam Kərimov18-06-2024, 12:52
Çap et Bu fikirləri müğənni, pedaqoq İntiqam Kərimov söyləyib. “Ölümündən az öncə Yalçın Rzazadə mənimlə görüşüb halallıq istədi. Dedi: “O konsertdən sonra müğənnilər dedilər ki. bu cavan oğlan çox fərqlənir, onun varlığı bizim sənətimizi kölgədə qoyacaq. Ona görə hər yerdə sənə əngəl oldular. Mən mane olmadım. Buna görə haqqını mənə halal elə”. Yalçın Rzazadə adlar çəkdi. Onların arasında xalq artistləri də var idi. İllər boyu mənim adım fəxri ad alanların siyahısında nazirliyə təqdim olundu, amma sənədlərim kənara qoyuldu. Hamısı həmkarlarımın həsədi və paxıllığına görə”,- müğənni bildirib. Qeyd edək ki, 65 yaşlı pedaqoq müğənninin tələbələri arasında çoxlu sayda fəxri ad almış müğənni var. Hətta onlardan biri Özbəkistanın Xalq artistidir. Lakin onun özünə heç bir mükafat və ya fəxri ad verilməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
