Heqiqet.Az » hadise » Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib


Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

4-07-2024, 10:11
Çap et
Zaqatala Suvarma Sistemləri İdarəsinin 52 yaşlı əməkdaşı Hacıməhəmməd Qaracayev artezianın elektrik şitində yenilənmə işləri aparan zaman dünyasını dəyişib.
Hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.
Onun qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Sosial şəbəkələrdə mərhumun elektrik cərəyanı vurması ilə bağlı bəzi iddialar yer aldığından məsələyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilqəm Şərifov da münasibət bildirib. Agentliyin nümayəndəsinin sözlərinə görə, mərhum Zaqatala yerli istismar idarəsində elektrik peşəsində çalışıb. İlkin məlumatlara görə, Hacıməhəmməd subartezian quyusunda təmir işləri görülən zaman vəfat edib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Reytinq: