Bu gün Parisdə Yay Olimpiadasının açılış mərasimi keçiriləcək26-07-2024, 12:29
Çap et Sena çayında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Açılış mərasimi ilk dəfə olaraq yarışların baş tutduğu stadiondan kənarda keçiriləcək. Mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlitz körpüsündən hərəkəti ilə başlayacaq və 6 kilometrlik məsafəni əhatə edəcək. Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci sırada çıxacaq. Fransa isə ev sahibi ölkə kimi sonuncu olacaq. Olimpiadada neytral statusda yarışacaq Rusiya və Belarus idmançıları açılış mərasimində iştirak etməyəcəklər. Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Badminton Edi Reski Dviçayo (kişilər, fərdi) Keişa Fatimə Zəhra (qadınlar, fərdi) Bədii gimnastika Zöhrə Ağamirova Qrup hərəkətləri komandası Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina Batut gimnastikası Selcan Mahsudova Sərbəst güləş Əliabbas Rzazadə (57 kiloqram) Hacı Əliyev (65 kiloqram) Turan Bayramov (74 kiloqram) Osman Nurmaqomedov (86 kiloqram) Maqomedxan Maqomedov (97 kiloqram) Giorgi Meşvildişvili (125 kiloqram) Yunan-Roma güləşi Murad Məmmədov (60 kiloqram) Həsrət Cəfərov (67 kiloqram) Sənan Süleymanov (77 kiloqram) Rafiq Hüseynov (87 kiloqram) Sabah Şəriəti (130 kiloqram) Qadın güləşi Mariya Stadnik (50 kiloqram) Atletika Anna Skidan (çəkicatma) Boks Nicat Hüseynov (51 kiloqram) Malik Həsənov (63,5 kiloqram) Murad Allahverdiyev (80 kiloqram) Alfonso Dominges (92 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) Taekvondo Qaşım Maqomedov (58 kiloqram) Atıcılıq Ruslan Lunyov (10 metr, pnevmatik tapança) Basketbolun 3x3 növü Qadınlardan ibarət Azərbaycan millisi Avarçəkmə Diana Dımçenko, (2000 metr, akademik avarçəkmə) Triatlon Rostislav Pevtsov Qılıncoynatma Anna Başta, (sablya) Kamandan oxatma Yaylagül Ramazanova Üzgüçülük Qadınlar Məryəm Şeyxəlizadəxangah Kişilər Ramil Vəlizadə Cüdo Kişilər Balabəy Ağayev (60 kiloqram) Yaşar Nəcəfov (66 kiloqram) Hidayət Heydərov(73 kiloqram Zelim Tçkayev (81 kiloqram) Elcan Hacıyev (90 kiloqram) Zelim Kotsoyev (100 kiloqram) Uşanqi Kokauri (+100 kiloqram) Qadınlar Leyla Əliyeva (48 kiloqram) Gültac Məmmədəliyeva (52 kiloqram) Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
