Birinci vitse-prezident Mehriban Əliyeva vəzifəsinin öhdəsindən ləyaqətlə gələn bir rəhbərdir25-08-2024, 21:40
Çap et Bu gün Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. Ulu öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib. Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Mehriban xanımın rəhbərlik etdiyi Fond uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ona görə də Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib. Vətən və torpaq uğrunda canından keçən, şəhid olan, yaralanan insanları Azərbaycan dövləti hər zaman diqqətə saxlayır, onların hər birinə böyük həssaslıqla yanaşır. Birinci vitse-prezidentin döyüşlər zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşməsi, “Döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin, məhz onun təşəbbüsü ilə reallaşması, bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə xidmətinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş münasibət dayanır: “Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır”. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin silahlı qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərlə bərabər, müharibə veteranlarına, şəhid ailələrinə də daim diqqət və qayğı ilə yanaşıb. Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Azərbaycanın birinci xanımı Vətən uğrunda qəhramanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşərək həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın Birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri öz həllini tapıb. Bu mənada, onun Birinci vitse-prezident kimi keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlər, ikinci görüşün isə aprel döyüşlərində yaralanmış hərbçilərlə bağlı olması təsadüfi deyil. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəltmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi, növbəti seçkilərdə ən layiqli namizəd İlham Əliyevin də eyni addımı atması təsadüfi deyildi. Bu görüşlər respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının təzahürü idi. Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Regional inkişaf” İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən problemlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Qısa bir zaman məsafəsində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirib, insanların müxtəlif növ problemlərlə üzləşərək, onların həlli üçün ayrı-ayrı qurumlara müraciət edən “Regional İnkişaf” ictimai Birliyi, məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətini davam etdirir.Ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Belə mənəvi dəyərlərə malik olan bir Azərbaycan xanımı “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”- deyir. Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Azərbaycanı olduğu kimi dünya ponaramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan iqsanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyeva verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. Ümumiləşdirərək bir daha qeyd etmək yerinə düşər ki, uzun illərdir ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra da sosial məsələləri daim diqqət mərkəzində saxlayır. Mehriban xanım işlərini əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurur. "Ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək ümdə vəzifəmizdir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir, Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanım Mehriban Əliyevanı təbrik edirəm! ![]() Manaf Manafov, Nərimanov Rayon MKTB-nin rəisi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

