Azərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə edilib4-09-2024, 13:56
Çap et Görüş zamanı iki ölkə bu ay Bakıda keçiriləcək biznes-forum barədə fikir mübadiləsi aparıblar. Səfir Xəzər Fərhadov pakistanlı naziri Azərbaycanın Pakistanın bir çox sahələrinə, o cümlədən LNG qazı, karbamid və elektrik kimi sahələrə yatırım edə biləcəyi barədə məlumatlandırıb. Nazir Əbdül Alim Xan bildirib ki, ölkələrimiz qida təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı kimi bir çox sahələrə birgə yatırımlar edə bilər. O, sentyabrın 16-da Bakıda biznes- forumun keçirilməsi fikrini alqışlayıb. Pakistanlı nazir bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan regionun inkişafında önəmli rol oynaya bilər. “Bunun üçün hər üç ölkə sıx əməkdaşlıq etməlidir”, - deyə o əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
