Almaniya Prezidenti nasistlərin İtaliyada törətdiyi qırğına görə üzr istəyib30-09-2024, 10:33
Çap et Frank-Valter Ştaynmayer Almaniyada səfərdə olan italiyalı həmkarı Sercio Mattarellanın ardınca İtaliyaya səfər edib. O, Bolonyaya gələrək Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib. Hər iki ölkə prezidenti Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. “Səksən il əvvəl Monte Soledə baş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidenti kimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzr istəyirəm”, - deyə Ştaynmayer bildirib. Bolonya şəhərinin Marzabotto qəsəbəsində baş verənlər İkinci Dünya müharibəsinin son illərində nasistlərin İtaliyada törətdiyi qırğınlardan biridir. 1944-cü il sentyabrın 29-dan oktyabrın 5-dək nasist qoşunları Marzabottoda qadın, uşaq və qocalar da daxil olmaqla 770 dinc sakini qətlə yetirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
